ÇSKA-nın futbolçusu Miralem Pyaniç Rusiyaya köçməsi ilə bağlı tənqidərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, karyerasi ərzində “Mets”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona” və “Beşiktaş”da da çıxış edən 34 yaşlı futbolçu maraqlı açıqlamaları ilə yadda qalıb.
"Mənə fərqi yoxdur. Rusiyaya gəlmək mənim seçimim idi, özü də mənim üçün ən yaxşı seçim. Və mən bu qərarımdan tamamilə razıyam. Heç kim məni sındıra bilməz. Karyeramı təkbaşına idarə edirəm, heç kimlə məsləhətləşmirəm. Ona görə də kim nə yazıb, Rusiyaya dair nə düşünür, məni maraqlandırmır" – deyə ÇSKA-nın yarımmüdafiəçisi bildirib.
Xatırladaq ki, Pjaniç 2024-cü ilin sentyabr ayının sonunda ÇSKA ilə müqavilə imzalayıb. O, bütün turnirlərdə 12 oyunda iştirak edib və Rusiya Kubokunda bir məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi