Vilyam Salibanın “Real”ın hədəfinə düşməsi “Arsenal”ı adekvat addım atmağa vadar edir. İngiltərə klubu onu qorumağa çalışır.
Rəhbərlik fransalı futbolçu üçün yeni müqavilə hazırlayır. İngiltərə mənbələrinin məlumatına görə, London klubu 23 yaşlı müdafiəçi ilə yenidən anlaşmağa çalışır.
İddiaya əsasən, rəhbərlik Vilyamı klubun ən çox qazanan oyunçularından biri etməyə hazırdı. Onun həftəlik maaşı 250 min funt sterlinqə qədər artırıla bilər.
Qeyd edək ki, Salibanın “Arsenal”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta