AZ

Tahir Baxşıyev: “Komandanın potensialı daha yüksəkdir”

"Ən yaxşı oyunlarımız hələ qabaqdadır".

Apasport.az xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

“Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Qarşılaşma bizim üçün çətin keçdi. Hücumda yaxşı çıxış etdik, 80-dən çox xal topladıq. Ancaq müdafiədə heç də həmişə uğurlu oynamadıq. Üçüncü periodun ortasında zona müdafiəyə keçdik. Bu da öz nəticəsini verdi. Oyunçular daha yaxşı müdafiə olunmağa və bir-birlərini başa düşməyə başladılar. Hesab edirəm ki, bu komandanın potensialı daha yüksəkdir. Əminəm ki, ən yaxşı oyunlarımız hələ qabaqdadır”.

Qeyd edək ki, NTD - "Naxçıvan" qarşılaşması birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.

NBA: “Boston Seltiks” və “Los-Anceles Leykers”dən qələbə

ABL: NTD "Naxçıvan"a qarşı

“Quba”nın baş məşqçisi: “Başqa çıxış yolumuz yoxdur, mübarizə aparacağıq”

“Gəncə”nin baş məşqçisi: “Gəncə üçün ən yaxşısını etmək istəyirik”

“Quba” “Gəncə”ni məğlub etdi

Seçilən
6
apasport.az

1Mənbələr