AZ

Tramp: Razılaşma üçün Xamneyiyə məktub göndərdim

Tramp: Razılaşma üçün Xamneyiyə məktub göndərdim

ABŞ prezidenti Donald Tramp İran ali dini lideri Ayətullah Əli Xameneiyə danışıqlar aparmaq üçün məktub göndərdiyini bildirib.Tramp “Fox Business Network”ə açıqlamasında dünən İran lideri Xamneyiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmağa üstünlük verdiyini vurğulayıb."İran danışıqlara getməsə, bu, onlar üçün çox çirkin olacaq. İranın nüvə silahı ola bilməz. Başqa variantlar da var", - Tramp deyib.Ötən ay ABŞ prezidenti Tramp deyib ki, İran nüvə silahına malik olmamalıdır və onun üstünlüyünün İranın böyüməsinə və inkişaf etməsinə imkan verəcək nüvə sazişi olmasıdır.Müqavilə üzərində işlərin dərhal başlaması lazım olduğunu vurğulayan Tramp "Müqavilə imzalanıb tamamlandıqda, Yaxın Şərqdə böyük bir bayram keçirməliyik. Allah Yaxın Şərqi qorusun" deyib.

Seçilən
46
afn.az

1Mənbələr