AZ

Piylənmədən əziyyət çəkənlər OXUSUN: Bu meyvə sizi artıq çəki xəstəliklərindən qoruyur

Təzə manqo meyvəsi kardiometabolik sağlamlığı yaxşılaşdırmaq qabiliyyətinə malikdir.

Bizim.Media xəbər verir ki, bu qənaətə ABŞ-ın İllinoys Texnologiya İnstitutunun alimləri gəliblər.

Alimlər manqonun aşağı dərəcəli xroniki iltihabı olan kilolu və ya obez yetkinlərdə insulin səviyyəsini aşağı salmağa və insulinə həssaslığı artırmağa kömək etdiyini bildirirlər.

Tədqiqatda 20-60 yaş arası 48 nəfər iştirak edib. Alimlər təzə manqo və italyan dondurmalarının iltihaba və insulinə həssaslığa təsirini müqayisə ediblər. Bu məhsullar kalori miqdarına görə bir-birinə uyğun gəlir.

Nəticələrin təhlili göstərib ki, manqo yeyən insanlarda insulin müqavimətində nəzərəçarpacaq dərəcədə azalma var ki, bu da homeostazın qiymətləndirilməsi modelindən istifadə etməklə ölçülür. Həmçinin bu kateqoriyada normal qlükoza səviyyəsini saxlamaq üçün insulinin istehsalı və buraxılmasından məsul olan beta hüceyrələrinin funksiyası yaxşılaşıb.

Dörd həftədən sonra manqonu istehlak edən insanların oral qlükoza tolerantlıq analizlərində insulin konsentrasiyalarında nəzərəçarpacaq dərəcədə azalma müşahidə edilib.

Tədqiqatın yekunu olaraq qeyd edilib ki, rasiona təzə manqo əlavə etmək, artıq çəkidən əziyyət çəkən və ya obez insanlar üçün insulin funksiyasını yaxşılaşdırır və 2-ci tip diabetin inkişaf riskini azaldır.

Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr