Nişastalı pomidor maskası dəriyə əla qulluq vasitəsidir. Tərkibində dərini ultrabənövşəyi şüaların zərərli təsirlərindən qoruyan likopen var. Maskanın tərkibində olan prokollagen qırışları azaltmağa və dərinin elastikliyini artırmağa kömək edir.
Qaziler.az xəbər verir ki, maskanı hazırlamaq üçün sizə lazım olacaq:
1 pomidor;
1 xörək qaşığı nişasta;
yarım çay qaşığı zeytun yağı.
Hazırlanması:
Pomidorun üzərinə qaynar su tökün, qabığını soyun və blenderdə və ya incə sürtgəcdən keçirin. Üzərinə nişasta (kraxmal) və zeytun yağını əlavə edib hərtərəfli qarışdırın. Qarışığı buxarın üzərinə qpyun və qatılaşana qədər qarışdıraraq isidin. Maskanı bir qədər soyuduqdan sonra yüngül masaj hərəkətləri ilə üz və boyun dərisinə çəkin. 20 dəqiqə saxlayın, sonra isti su ilə yuyun və yumşaq bir dəsmal ilə qurudun.
Maskadan istifadə edərkən liftinq effekti 2-3 tətbiqdən sonra nəzərə çarpır. Dəri daha möhkəm və təravətli olur. Bununla belə, yuxarıda göstərilən maddələrə alergik rekasiyanızın olub-olmadığını öyrənmək üçün mütləq həkiminizlə məsləhətləşin.
QAZİLER.AZ