AZ

İranla bağlı tezliklə nəsə olacaq, yolun sonuna gəldik - Tramp

ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşüb.

Turkustan.az xəbər verir ki, gündəmlə bağlı açıqlamalar verən Tramp, "Növbəti danışacağınız məsələ İran olacaq. İranla bağlı yaxın zamanda baş verəcək bəzi şeyləri eşidəcəksiniz. İranla son anlara gəldik. Qarşıda bizi maraqlı günlər gözləyir. Onların nüvə silahı ola bilməz. Nə olacağını görəcəyik. İnşallah sülh razılaşması əldə edə bilərik"-deyə, bildirib.

Tramp nüvə məsələsi ilə bağlı İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərdiyini açıqlayıb. İran rəsmiləri məktubun hələ onlara çatmadığını bildiriblər.

İranın xarici işlər naziri Abbas Arakçi Donald Tramp administrasiyasının həyata keçirdiyi maksimum təzyiq siyasətinə işarə edərək, təzyiq altında danışıqlar aparmayacaqlarını bəyan edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
36
turkustan.az

1Mənbələr