AZ

“Liverpul” bu futbolçu üçün 60 milyon TƏKLİF EDİR

"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Bizim.Media xəbər verir ki, "Atletiko" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Madrid klubu Qrinvudu yayda heyətinə qatmağı planlaşdırır. "Atletiko" 23 yaşlı ön xətt oyunçusu üçün Fransa klubuna 60 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. İngiltərə millisinin sabiq üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Klublar arasındakı anlaşmaya əsasən, "Marsel" Qrinvudun satışından əldə olunan gəlirin yarısını "Mançester Yunayted"ə verəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr