AZ

Təbabət üsulu ilə arıqlamaq istədi, öldü - Diyetoloq həyəcan təbili çaldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.
Rayon sakini Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.
Yaxınlarının sözlərinə görə, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə bir aydır zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir.
İlkin məlumata görə, bu, onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.
Baku TV-də diyetoloq Leyla Zülfüqarlı ilə bu cür arıqlama üsullarının ziyanları müzakirə edilib.
O qeyd edib ki, sosial şəbəkələrdə bu üsulların təbliğ olunması halları artıb.
"Zəncəfil təzyiqi anında salır, selikli qişada problem yaradır. Çox faydalı bitkidir, dərman qədər təsirlidir. Amma artıq dozada istifadəsi fəsadlara yol aça bilər", - deyə o qeyd edib.
Seçilən
20
50
oxu.az

10Mənbələr