AZ

"Mançester Yunayted"i tərk etməyə hazırdır.

"Mançester Yunayted"in futbolçusu Kobi Maynu İngiltərə klubla olan müqaviləsini uzatmaq fikrində deyil və karyerasını başqa ölkədə davam etdirmək istəyir.

Sportal.az xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, hazırkı müqaviləyə əsasən, Maynu daha iki il "qırmızı şeytanlar"ın heyətində qala bilər. Lakin klub maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün 19 yaşlı futbolçunu satmağa hazırdır. Onun dəyəri təxminən 70 milyon funt sterlinq olaraq qiymətləndirilir.

Hazırda "Mançester Yunayted"in digər klublarla rəsmi danışıqları yoxdur. Ancaq klub rəhbərliyi hələ də Maynu ilə razılığa gəlmək şansının olduğunu düşünür.

saytlarin hazirlanmasi

Seçilən
4
1
sportal.az

2Mənbələr