AZ

Məşhur aktyorlar 57 il sonra bir araya gəldi

Türk kinosunun iki əfsanəvi aktyoru Türkan Şoray və İzzet Günay 57 ildən sonra bir araya gəlib. Metbuat.az xəbər verir ki,Yeşilçamın unudulmaz filmlərindən biri olan Ömər Lütfi Akadın 1968-ci ildə çəkdiyi "Vesikalı Yarim" filmi tamaşaçılara nümayiş olunub. Filmdə baş rolları canlandıran türk kinosunun ustad aktyorları Türkan Şoray və İzzet Günay da təqdimatda iştirak edib. Türk kinosunun önəmli əsərlərindən olan “Vesikalı Yarim” filmi Beynəlxalq Qadınlar Günü üçün xüsusi olaraq hazırlanan “Müstəqil Hikayələr” adlı seçim çərçivəsində nümayiş olunub.

Filmin nümayişinə qatılan və tamaşaçılarla birlikdə filmi izləyən ustad aktyorlar Türkan Şoray və İzzet Günay dəqiqələrlə ayaqda alqışlanıb.

Seçilən
30
metbuat.az

1Mənbələr