AZ

Naxçıvan gəncləri ilə ilə birgə narkomaniyaya qarşı birləşəcəyik - Emin Tarverdiyev

Naxçıvan gəncləri ilə ilə birgə narkomaniyaya qarşı birləşəcəyik - Emin Tarverdiyev

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ilin qrant müsabiqəsinin nəticələri elan olunub. AFN.az xəbər verir ki, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi də qaliblər sırasındadır. İB sədri Emin Tarverdiyevlə söhbətimizdə həyata keçiriləcək layihə, “Vətən Bağı"nın indiyə qədər reallaşdırdığı layihələrlə bağlı danışdıq. - Emin bəy, təbrik edirik, bu dəfə də qaliblər sırasındasınız.- Təşəkkür edirəm. Bəli, artıq 3-cü ildir ki, “Vətən Bağı” olaraq qaliblər sırasında oluruq. Bu bir növü, işimizə məsuliyyətlə yanaşamanın təzahürüdür. - Bundan əvvəl “Vətən Bağı” iki layihə reallaşdırıb: bunlar şəhid ailələləri və müharibə iştirakçıları ilə iş üzrə olub. Amma bu dəfə “Sağlam və təhlükəsiz həyat tərzinin təbliği” mövzusunda Naxçıvan gəncləri ilə layihə icra edəcəksiniz. Mövzu dəyişikliyi nə ilə bağlıdır?- Bəli, bu gün dövlətimizi narahat edən əsas məsələlərdən biri də narkomaniya ilə bağlıdır. Bu dəfə də bölgəyə üz tutmuşuq, Naxçıvan gəncləri ilə ilə birgə narkomaniyaya qarşı birləşəcəyik. Düşünürəm ki, maraqlı layihədir və uğurla icra edə biləcəyik. - Maraqlıdır, niyə Naxçıvanı seçmisiniz?- Bu gün elə bir coğrafiyada yerləşirik ki, hədəfdəyik və bu işdə əsas hədəf gənclərimizdi. Tək elə 2025-ci ilin fevral ayının statistikası heyrət doğurur. İlk olaraq Naxçıvan sərhədçiləri İrandan gələn avtomobildə 101 kq-dan çox narkotiki saxladılar. Elə həmin gün Naxçıvan polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Naxçıvanda 4 nəfər saxlanıldı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, artıq bu ticarətdə qadınlar da rol alır. - Görünən odur ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də müxtəlif mövzudan olan layihələrə daha diqqətli yanaşır. Bu dəfə də sizin timsalınızda regionlarla işə üstünlük verildiyinin şahidi olduq.- Bəli. Son 3 ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində o qədər möhtəşəm yeniliklər var ki, bunu danmaq nankorluq olar. Adi bir misal çəkəcəm: 2023-cü ildə layihənin təsdiq olunması və təhvilində agentliyə qalaq-qalaq kağız formada sənədləri təhvil vermişdiksə, 2024-cü ildə həmin kağızlar aradan qaldırıldı, elektron formaya keçid oldu. Bu, həm də şəffaflığın təzahürü kimi qiymətləndirilməlidir. Elektron sistemə keçid zaman baxımından da QHT-lərin işini asanlaşdırır. Düşünürəm ki, 2025-ci ildə bu daha da optimallaşacaq. Ümumiyyətlə, Agentliyin fəaliyyəti bu gün bəzi qurumlara örnək olmalıdır. Komanda şəklində bir çox nailiyyətlərə imza atırlar. 2024-cü ildə ölkəmizdə baş tutan COP-29 tədbirində də bu kollektivin gərgin əmək sərf etdiyinin şəxsən şahidi oldum. Təbii ki, burda Agentliyin rəhbəri Aygün xanımın da əməyi danılmazdı. Çünki qurumun fəaliyyətinə birbaşa cavabdehdi. - Yeri gəlmişkən, sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Demək istədiyiniz bir söz varmı?- Fürsətdən istifadə edib 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə başda Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmaqla, Azərbaycan xanımlarını təbrik edirəm. Dahi Hüseyn Cavid dediyi kimi: “Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.

Seçilən
48
afn.az

1Mənbələr