“İdman həftəsi” çərçivəsində martın 7-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə idman media nümayəndələri arasında güllə atıcılığı yarışı keçirilib.
İdman.biz xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda ümumi 46 idman jurnalisti (40 kişi, 6 qadın) mübarizə aparıb.
Qadınların yarışında Fatimə Matveyeva (AZƏRTAC) birinci olub. Tünzalə Rəhmanova (CBC Sport TV) ikinci, Göyçək Mahmudlu (AZƏRTAC) isə üçüncü pillədə qərarlaşıblar.
Kişilərin yarışında Gəray Qiyasov (Real TV) birinci olub. Sakit Tağıyev (ARB24 TV) və Anar Həsənov (Oxu.az) müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Sonda qaliblər mükafatlandırılıb. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov təqdim ediblər.
İdman.biz