AZ

Kapello görün kimləri Ronaldodan üstün tutdu

Fabio Kapello hansı futbolçuları fenomenal hesab etdiyini açıqlayıb.

Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis Ronaldonun özünü tarixin ən yaxşısı adlandırmasına da münasibət bildirib.

“Kimsə bunu deyəndə öz qiymətləndirməsinə əsaslanır, başqalarını dinləmir və məncə, bir az şişirdirlər. Bir sözlə, o, eyni anda həm şagird, həm də müəllim rolunu oynayır, elə deyilmi?

Kriştiano arzusu, iradəsi sayəsində özünü yaradan böyük oyunçudur. Amma fenomenlərdən danışanda Messinin adını çəkirəm, Pelenin adını çəkirəm, Maradonanın adını çəkirəm və onların yanına “kök” Ronaldonu , “Fenomen”i qoyuram”, – mütəxəssis bildirib.

Seçilən
7
olke.az

1Mənbələr