AZ

Ukraynaya yardımı dayandırmağımın səbəbi… - Tramp

Əmin olmalıyam ki, onlar danışıqlara, sülh sazişinə hazırdırlar. Əgər onlar bunu istəmirlərsə, o zaman biz onlara kömək etməyəcəyik, çünki mən ölümü, əzab-əziyyəti bitirmək istəyirəm.

Axar.az xəbər verir ki, bu sözləri Prezident Donald Tramp ABŞ-ın niyə Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri vermədiyi sualına cavabında deyib.

Tramp əlavə edib ki, bu, həm də pulla bağlı məsələdir:

“Biz 350 milyard dollar xərclədik, Avropa isə 100 milyard dollar. Niyə onlar bizdən çox az xərclədilər? Baxacağıq, görək (ABŞ-ın hərbi yardımı dayanandan sonra – red.) Avropada nə baş verəcək. Biz III Dünya müharibəsini istəmirik”.

Qeyd edək ki, Trampın göstərişi ilə ABŞ 4 martdan etibarən Ukraynaya hərbi yardımı tam dayandırıb.

Seçilən
21
axar.az

1Mənbələr