AZ

Tbilisidə 100-cü gündəlik etiraz aksiyası keçirildi

etirazçılar
Tbilisidə gündəlik etiraz aksiyalarının təşkilatçıları davamlı etirazların 100-cü günü münasibəti ilə martın 7-də bir neçə yürüş keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Bunların ən böyüyü Tbilisi Dövlət Universitetinin binasından təxminən iki kilometr aralıda yerləşən parlament binasına qədər baş tutub. Polis onların hərəkətinə mane olmayıb.
Həmçinin, ölkənin bir neçə şəhərində, o cümlədən Batumi, Zuqdidi, Kutaisi və Qoridə eyni vaxtda etiraz aksiyaları keçirilib. Tbilisidə etirazçıların tələbləri dəyişməz olaraq qalır - yeni parlament seçkilərinin keçirilməsi və aksiyalar zamanı saxlanılan vətəndaşların azadlığa buraxılması.
Seçilən
14
yeniavaz.com

1Mənbələr