AZ

Trampdan şok açıqlama: “Ukrayna münaqişənin həllini istəmirsə, biz oradan gedirik”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Ukrayna münaqişənin sülh yolu ilə həllini istəmirsə, Vaşinqton bu məsələdən geri çəkiləcək.

“Mən bilməliyəm ki, Ukrayna münaqişənin həllini istəyirmi? Əgər onlar bunu istəmirlərsə, biz oradan gedirik”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri əlavə edib ki, onun iştirakı olmadan Ukraynadakı münaqişənin sülh yolu ilə həlli “heç bir şansa malik olmazdı”. Tramp həmçinin qeyd edib ki, əgər Kiyev münaqişənin həlli üçün hazır deyilsə, Vaşinqton Ukraynaya yardımı dayandıracaq.

Bu açıqlama Trampın Ukrayna ilə bağlı siyasətində daha sərt mövqe tutacağını göstərən növbəti siqnal kimi qiymətləndirilir./musavat.com/

Seçilən
7
turkustan.az

1Mənbələr