AZ

Bu gün Ruhiyyə Əliyevanın doğum GÜNÜDÜR!

Bu gün tanınmış iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın doğum günüdür.

News24.az xəbər verir ki, peşəkar rəhbər kimi öz uğurları ilə seçilən Ruhiyyə Əliyeva, uzun illərdir ki, müxtəlif sahələrdə həyata keçirdiyi layihələr və biznes idarəçiliyi sahəsindəki uğurları ilə tanınır.

Ruhiyyə Əliyeva rəhbərlik etdiyi “Liatris Holding” şirkətinin genişlənməsi və inkişafına mühüm töhfələr verib. Onun idarəçiliyi altında holdinq müxtəlif sahələrdə uğurlu layihələr həyata keçirərək, ölkənin ictimai-siyasi inkişafına öz töhfəsini verir. Təkcə biznes sahəsində deyil, sosial və xeyriyyəçilik fəaliyyətlərində də Ruhiyyə Əliyeva fəal iştirak edir.

O, müxtəlif sosial layihələrə dəstək verir, ehtiyacı olan insanlara kömək etmək, cəmiyyətin rifahının artırılmasına töhfə vermək üçün bir sıra təşəbbüslərlə çıxış edir. Bu da onu təkcə iş dünyasında deyil, həm də sosial sahədə nümunəvi bir şəxsiyyət kimi tanıdır. “Liatris Holding”in tərkibində "News24.az" xəbər portalı və "RTV" onlayn internet televiziyasi fəaliyyət göstərir.

Bu əlamətdar gün münasibətilə "News24.az" və "RTV" kollektivi Ruhiyyə Əliyevanı təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük uğurlar arzulayırıq! 

Qoy yeni yaşınız sizə daha çox nailiyyətlər, sevinc dolu anlar və uğurlarla dolu bir həyat bəxş etsin!

Seçilən
18
news24.az

1Mənbələr