Gürcüstanın sabiq prezident Mixail Saakaşvili Türkiyə və Azərbaycanla əlaqələrin qurulmasının zəruriliyini bəyan edib
Turkustan.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.
Saakaşvili sərhədi qanunsuz keçmə ilə bağlı məhkəmə iclasında vidoekonfrasla çıxışında deyib ki, hazırkı hakimiyyət dövründə Gürcüstan Rusiya ilə qarşıdurmadan qorunmur, bu, ölkə üçün fəlakətli ola bilər.
O hesab edir ki, Gürcüstan üçün “dərhal” yeni parlament seçkilərinin keçirilməsi və Avropa İttifaqı ilə inteqrasiya yoluna qayıtması vacibdir:
“Biz həmçinin təhlükəsizlik zəmanəti almalıyıq, Türkiyə və Azərbaycanla əlaqələr qurmalıyıq. Cənubi Qafqaz vahid blokda birləşməli, qarşılıqlı yardım rejimində işləməlidir və təbii ki, hamımız Avropaya doğru getməliyik”.
Eyni zamanda, Saakaşvili Cənubi Qafqazdan danışarkən Ermənistanın adını çəkməyib.
Qeyd edək ki, Mixail Saakaşvili 29 sentyabr 2021-ci ildə gizli şəkildə Gürcüstana gedib. Oktyabrın 1-də o, Tbilisidə saxlanılıb, bundan sonra Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib və orada aclıq aksiyasına başladığını elan edib.
Noyabrın 8-də yaxınlarının və vəkillərinin razılığı olmadan Rustavi şəhərindəki həbsxanadan Tbilisidəki həbsxana xəstəxanasına (Qldani rayonu) köçürülüb. Noyabrın 20-də Saakaşvili Qori şəhərindəki hərbi hospitala köçürülüb və burada aclıq aksiyasını dayandırıb. 2022-ci il mayın 12-də Mixail Saakaşvili hazırda qaldığı Tbilisidəki "Vivamed" mülki klinikasına yerləşdirilib.
Gürcüstanda Saakaşvili bir neçə cinayət işi üzrə məhkəmə prosesindən keçir. O, öz həbsini qanunsuz, ona qarşı irəli sürülən ittihamları isə saxta hesab edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta