AZ

Kreml İstanbul razılaşmalarını Ukrayna üzrə danışıqlar üçün baza hesab edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya hələ də İstanbul razılaşmalarını Ukrayna üzrə danışıqlar üçün başlanğıc nöqtəsi hesab edir".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bəyan edib.
Kremlin sözcüsü Moskvanın bu sənədi gələcək sülh müqaviləsi üçün əsas hesab edib-etmədiyi və Vaşinqtonun mövqeyi barədə sualı cavablandırıb.
"Vaşinqtondan da bu razılaşmaların danışıqlar üçün baza ola biləcəyi ilə bağlı bəyanatlar eşitmişik və Prezident Vladimir Putin dəfələrlə bildirib ki, danışıqların başlanğıc nöqtəsi məhz İstanbul razılaşmaları ola bilər", - deyə o vurğulayıb.
Peskov həmçinin Rusiya tərəfindən ABŞ ilə Ukrayna məsələsində danışıqları aparacaq nümayəndənin hələ müəyyənləşmədiyini qeyd edib.
Seçilən
22
1
oxu.az

2Mənbələr