AZ

Husilər İsrailə qarşı dəniz əməliyyatlarını bərpa edə bilər

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər 4 gün ərzində Qəzzaya yardımın çatdırılmasının qarşısı alınmasa, İsrailə qarşı dəniz əməliyyatlarını bərpa edəcəklər.

"Report"un məlumatına görə, bunu husilərin nəzarətində olan "Əl Məsirə" telekanalının efirində hərəkatın lideri Abdel Malik əl-Husi deyib.

“Əgər İsrail dörd gündən sonra Qəzza zolağına humanitar yardımın daxil olmasına mane olmağa, nəzarət-buraxılış məntəqələrini bağlı saxlamağa davam edərsə və Qəzza zolağına ərzaq və dərman çatdırılmasına mane olarsa, o zaman biz İsrailə qarşı dəniz əməliyyatlarımızı bərpa edəcəyik”, - o söyləyib. 

Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Ənsar Allah hərəkatı Fələstin anklavında döyüşlər davam edərkən İsraili atəşə tutacağı və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib. Ötən ilin noyabrından husilər onlarla mülki gəmiyə hücum edib. Hücumlar bu ilin yanvarında İsrail və Fələstinin HƏMAS hərəkatı sektorda atəşkəs razılaşması əldə etdikdən sonra dayandırılıb.

Seçilən
53
4
report.az

5Mənbələr