1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
2026-cı ildən "Formula-1"də 11 komanda olacaq - "Cadillac" komandasının müraciəti təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə "Royal Races"in Mətbuat Xidməti məlumat yayıb.
"İdman, texniki və kommersiya qiymətləndirmələri başa çatdıqdan sonra "Cadillac" komandasının 2026-cı ildən etibarən Dünya Çempionatında iştirakı üçün "General Motors" və "TWG Motorsports" tərəfindən təqdim olunan ərizə təsdiqlənib", - məlumatda bildirlir.
Bunun Avstraliya Qran-prisi ərəfəsində yaxın günlərdə geniş müzakirə olunacaq əsas mövzulardan biri olacağını gözləmək olar.

