AZ

İtaliyanın baş nazirinin müavini Makronu "dəli" adlandırdı

Avropa İttifaqının (Aİ) ordusu Fransanın nüvə müharibəsindən danışan dəli Prezidenti Emmanuel Makronun komandanlığı altında olmamalıdır.

Bu barədə İtaliyanın baş nazirinin müavini Matteo Salvini bildirib.

"Sahil mühafizəsi, hərbi hava qüvvələri, donanma, ordu, polis və mülki müdafiə qüvvələri üçün avadanlıq və heyət əldə etmək lazımdırsa, biz bunu edəcəyik. Amma nüvə müharibəsindən danışan dəli Makronun komandanlığı altında Avropa ordusu - yox, heç vaxt", - o vurğulayıb.

Salvini əlavə edib ki, Makron Fransa prezidenti kimi özünü yenidən nəzərdən keçirməlidir.

Mənbə: oxu.az

Seçilən
40
3
oxu.az

4Mənbələr