“Mançester Siti”nin müdafiəçisi Natan Ake sıradan çıxıb.
QOL.az xəbər verir ki, niderlandlı müdafiəçi qarşıdakı 10-11 həftədə komandasına kömək edə bilməyəcək. Bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola məlumat verib.
30 yaşlı futbolçu İngiltərə Kubokunun 1/8 finalında “Plimut”a qarşı keçirilən matçda (3:1) zədələnib.
Cari mövsümdə Ake “Mançester Siti”nin heyətində bütün turnirlər nəzərə alınmaqla 18 matça çıxıb.
Xatırladaq ki, daha əvvəl “Mançester Siti”nin digər müdafiəçiləri – Con Stounz və Manuel Akanci də zədələnib.