"Bavariya" "Sportinq"in hücumçusu Viktor Dyokereş və "Leypsiq"də forma geyinən Benyamin Şeşko ilə yaxından maraqlanır.
Sportal.az xəbər verir ki, hazırda Münhen klubunun transferlər üçün böyük büdcəsi olmasa da, rəhbərlik Harri Keynin əvəzedicisinin lazım olduğunu anlayır. Komandada cəmi bir hücumçu var və Tomas Müllerin növbəti mövsümdə oynayıb-oynamayacağı bilinmir.
"Bavariya" hələ ki, Dyokereşi əsas hədəf kimi müəyyən etməyib.
Bundan əlavə, klub "Tottenhem"dən Matis Telin transferi üçün 60 milyon avro ala biləcəyi məsələsini də həll etməlidir. Əgər bu məbləğ əldə olunarsa, 70 milyon avro dəyərində qiymətləndirilən Şeşkonun transferi mümkün ola bilər.
saytlarin hazirlanmasi