1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ dövlət katibi Marko Rubio və nəqliyyat naziri Şon Daffi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla mübahisə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat verib.
Qeyd olunur ki, bu, Nazirlər Kabinetinin iclasında baş verib. Belə ki, Rubio və Daffi amerikalı biznesmeni yalan danışmaqda ittiham ediblər. İclas zamanı Mask rəsmiləri tənqid edib. O, dövlət katibi Rubionu tabeliyində olan heç kəsi işdən çıxarmamaqda ittiham edib. Sahibkarın sözlərinə görə, yeganə belə şəxs DOGE əməkdaşı olub.
Mübahisə zamanı ABŞ Prezidenti Donald Tramp söhbətə qarışaraq Rubionu müdafiə edib. Mask həmçinin Nəqliyyat Katibi Daffiyə Federal Mülki Aviasiya Administrasiyasının avadanlıqlarının vəziyyəti ilə bağlı məsləhətlər verib. Ticarət naziri Hovard Latnik isə iş adamını dəstəkləyib.