1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın Latakiya əyalətində keçmiş Prezident Bəşər Əsədin silahlı tərəfdarları ilə toqquşmalarda təhlükəsizlik qüvvələrinin 50-dən çox əməkdaşı ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə region üzrə təhlükəsizlik rəhbəri "Al Jazeera" telekanalına bildirib.
Qeyd olunur ki, Əsəd tərəfdarları hökumət qoşunlarına pusqu qurublar.
Xatırladaq ki, Türkiyə və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra ölkələr Suriyanın keçid hökumətinə dəstəyini bir daha təsdiqləyərək, təhlükəsizliyin və sabitliyin qorunmasının və ölkənin gələcəyinə təhlükə yarada biləcək hər hansı eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıblar.