AZ

Məktəbli anasının asılmış meyitini tapdı - TƏFƏRRÜAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Göyçay rayonunun İnçə kəndində baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.
Kənd sakini 43 yaşlı Gülnarə Səmədova həyətindəki meyvə ağacından özünü asaraq həyatına son qoyub.
Mərhumun həyat yoldaşı hadisənin aralarındakı mübahisədən sonra baş verdiyini bildirib:
"Səhər saat 5-də işə gedirdi, gecə saat 9-un yarısında evə gəlirdi. Evə qayıtmaqda çətinlik çəkirdi. Uşaqları tək qoyub gedirdi. Altı dənə uşaq evdə qalırdı, onların da məktəbi var, yeməyi var, içməyi var. Mən istədim ki, o, evdə qalsın, uşaqlara baxsın, amma Gülnarə etiraz edərək dedi ki, yox, mən işləyəcəyəm. Bir az sonra işə getdim. Sonra xəbər aldım ki, özünü asıb. Uşaqları məktəbə və bağçaya göndərmişdi, məktəbdən qayıdanda uşaqlarımdan biri anasının meyitini tapıb".
Qeyd edək ki, Gülnarə Səmədova altı uşaq anası olub. Onun böyük övladı 18, kiçik övladı isə 5 yaşındadır.
Yaxınları bildirirlər ki, Gülnarə ailəsinin maddi ehtiyaclarını qarşılamaq üçün çox çalışıb. O, bağlarda işləyib, çoban kimi çalışıb və gün ərzində 15-20 manat qazanıb.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
15
oxu.az

1Mənbələr