AZ

Liqa 1: “Monako” Tuluza səfərindən 1 xalla qayıtdı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 25-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Tuluza” doğma meydanda “Monako” ilə qarşılaşıb. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
25-ci tur
7 mart

Tuluza – Monako 1:1
Qollar: Maqri, 90+1 – Minamino, 17.

8 mart

20:00. Renn – PSJ
22:00. Lill – Monpelye
00:05. Olimpik (Marsel) – Lans

9 mart

18:00. Brest – Anje
20:15. Havr – Sent Etyen
20:15. Nant – Strasburq
20:15. Reyms – Oser
23:45. Nitsa – Olimpik (Lion)

Seçilən
46
arena.az

1Mənbələr