AZ

Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçirilən fövqəladə iclasında iştirakedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Ciddə şəhərində keçirilən fövqəladə iclasında iştirak edib.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Ceyhun Bayramov iclasda çıxışı zamanı Qəzzada, Fələstində günahsız mülki əhaliyə təsir edən humanitar böhranın həlli üçün təcili qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.

Xarici işlər naziri Azərbaycanın münaqişənin beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinə dəstəyini bir daha ifadə edib: “İƏT-in sadiq üzvü və gələcək sədri kimi Azərbaycan davam edən humanitar böhrandan təsirlənən Fələstin xalqına yardım etməyə hazırdır”.

Nazir Azərbaycanın 2023-cü ildən bəri Fələstin xalqına 2 milyon ABŞ dolları məbləğində ianə, o cümlədən təhsil və səhiyyə sahəsində yardımlarını da qeyd edib.

Azərbaycan Misir tərəfindən hazırlanmış və 2025-ci il martın 4-də Fələstin üzrə keçirilən Fövqəladə Ərəb Zirvə toplantısında təsdiq edilmiş Qəzzanın erkən bərpası və yenidən qurulması planını alqışlayır.

Ceyhun Ceyhun Ceyhun
Seçilən
35
1
apa.az

2Mənbələr