AZ

Cenk Tosun "Fənərbaxça"dan ayrılır

"Fənərbaxça"nın futbolçusu Cenk Tosun Yaponiyanın "Urava Red Diamonds" komandasının transfer gündəmindədir. 33 yaşlı futbolçu üçün təmasların başladığı və tərəflər arasında danışıqların davam etdiyi öyrənilib.

Ölkə.az Lent.az-a istinadla bildirir ki, Yaponiya komandası 33 yaşlı futbolçu üçün təmaslara başlayıb və tərəflər arasında danışıqlar aparılır. 

Məlumata görə, Cenk Tosunun Yaponiyaya transferi üçün indi maliyyə maneələri aradan qaldırılmalıdır. Bu mövsüm "Fənərbaxça"nın heyətində 17 oyunda forma geyinən Cenk Tosun 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Yaponiyada transfer pəncərəsi martın 26-da başa çatır.

Seçilən
13
3
olke.az

7Mənbələr