"Sadio Maneni komandaya cəlb etmədiyimə görə mən "Borussiya" azarkeşlərindən üzr istəməliyəm".
Offsideplus.az saytının məlumatına görə, bu sözləri almaniyalı məşqçi Yurgen Klopp deyib.
2008-2015-ci illərdə Dortmund "Borussiya"sını çalışdıran Y.Klopp malili hücumçunun transferinin hansı səbəbdən baş tutmamasını izah edib: "Blkə də deyə biilərdim ki, o vaxtlar mən gənc və sadəlövh idim Ancaq bir o qədər də yox. Hər şeyi Mane "Liverpul"a keçəndə anladım. Həmin vaxt başa düşdüm ki, ona böyük pullar verilib. "Borussiya"nın ödəyə biləcəyi məbləğdən xeyli çox".
Qeyd edək ki, Y.Klopp Mane ilə "Borussiya"da olmasa da, "Liverpul"da işləməyə müvəffəq olub. Almaniyalı çalışdırıcı "Liverpul"da çalışarkən (2015-2024-cü illər), rəhbərlik məhz onun istəyi ilə istedadlı futbolçunu "Sautqempton"dən transfer edib.
Mane 6 il Y.Kloppun komandasında oynadıqdan sonra öncə "Bavariya"ya, daha sonra Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib. Y.Klopp isə hazırda "Red Bull" şirkətinin beynəlxalq futbol şöbəsinin rəhbəri funksiyasının yerinə yetirir.