AZ

HƏMAS girovları azad etməyin yeganə yolunun danışıqlar olduğunu bildirib

HƏMAS hesab edir ki, 2023-cü ilin oktyabrında götürülmüş israilli girovların qaytarılması yalnız danışıqlar yolu ilə mümkündür.

APA xəbər verir ki, hərəkatın bu bəyanatı ilə bağlı İranın Tasnim agentliyi məlumat yayıb.

"İsrailli məhbusların geri qaytarılması üçün danışıqlardan başqa yol yoxdur. Biz böyük çeviklik nümayiş etdirmişik və qarşı tərəf əldə olunmuş razılaşmalar əsasında, bizim hüquqlarımızı pozmadan hərəkət etməlidir", - bəyanatda deyilir.

İsrailin əldə etdiyi məlumata görə, HƏMAS hələ də 24-ü sağ olmaqla 59 nəfəri girov saxlayır.

Seçilən
138
apa.az

1Mənbələr