Londonun Old Bailey cinayət məhkəməsi üç Bolqarıstan vətəndaşını Rusiyaya casusluqda ittiham edib. Bu barədə RİA Novosti məlumat yayıb.
Üç aylıq məhkəmə prosesindən sonra Katrina İvanova, Vanya Qaberova və Tihomir İvançev Rusiya üçün potensial faydalı məlumat toplamaqda təqsirli biliniblər.
Həmçinin qeyd edilir ki, daha üç Bolqarıstan vətəndaşı – Orlin Russev, Bizer Djambazov və İvan Stoyanov məhkəmə başlamazdan əvvəl təqsirlərini etiraf ediblər.
2023-cü ilin avqustunda Britaniya mediası üç Bolqarıstan vətəndaşının Rusiyaya casusluqda şübhəli bilinərək həbs edildiyini xəbər vermişdi. Təhlükəsizlik rəsmiləri qeyd ediblər ki, saxlanılan şəxslər uzun illər Böyük Britaniyada bağ evlərində yaşayıb, müxtəlif yerlərdə işləyirlər. Onların Rusiya kəşfiyyat xidmətlərində çalışdıqları iddia edilir. Həbs edilənlər saxta sənədlər, o cümlədən Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya üçün pasport, şəxsiyyət vəsiqəsi və digər sənədləri saxlamaqda ittiham olunublar.
Əziz Mustafa, Oxuməni.az