AZ

İsveç XİN İranda edama məhkum olunan güney azərbaycanlı alimi dərhal azad etməyə çağırıb

İsveçin Xarici İşlər Nazirliyi (XİN) barəsində edam qərarı çıxarılmış iranəsilli həkim-alim Əhmədrza Cəlalini dərhal azad etməyə çağırıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, məlumatı “ir.voanews.com” yayıb.

Bildirilib ki, Əhmədrza Cəlali barəsində edam hökmü çıxarıldıqdan sonra Tehranın Stokholmdakı səfirliyinin başçısı İsveç XİN-ə çağırılıb.

Nazirlikdən qeyd edilib ki, məhbus alimin təcili tibbi yardıma ehtiyacı var.

Qeyd edək ki, İran Ali Məhkəməsinin qərarı ilə İsrailin xarici kəşfiyyatına (Mossad) casusluqda ittiham olunan İran və İsveç vətəndaşı, əslən Azərbaycan türkü Əhmədrza Cəlali barəsində edam hökmü 2022-ci ildə çıxarılıb.

Ali Məhkəmə Əhmədrza Cəlalinin İsrailin xeyrinə casusluq etdiyi üçün barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

Məlumata görə, onun İranın nüvə proqramı ilə bağlı İsrailə ötürdüyü məxfi informasiyalar nəticəsində iranlı iki nüvə alimi öldürülüb. Onlardan birinin İranın aparıcı nüvə fiziki Möhsün Fəxrizadə olduğu iddia edilir. Alim 2020-ci ilin noyabrın 27-də öldürülüb. İranın iddiasına əsasən, onun ölümündə İsrailin xüsusi xidmət orqanları iştirak edib.

Güney Azərbaycandan olan alim Əhmədrza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı saxlanılıb. Əhmədrza Cəlali 1971-ci il sentyabrın 15-də paytaxtı Təbriz olan Şərqi Azərbaycan əyalətinin Sarab şəhərində anadan olub. O, İtaliyanın Şərqi Pyemont Universitetinin professorudur.

Seçilən
13
4
nocomment.az

5Mənbələr