AZ

MİLLƏT VƏKİLİNİN “TİK-TOK SƏXAVƏTİ” - Və ya deputatdan “xeyriyyəçilik nümunəsi" + VİDEO

Şabrandakı oxucularımızdan biri bu rayonun keçmiş deputatı Tahir Süleymanovun oğlu (Əslində isə oğulluğa götürdüyü nəvəsi-red.) olan hazırkı deputatı Mahir Süleymanlı ilə bağlı maraqlı bir video göndərib. Videoda deputatın Şabranda evi yanmış bir imkansız, yazıq ailəyə bir maşın “kubik” göndərməsi və sonra da gəlib “vəziyyətlə yerindəcə tanış olması” əks olunub. Görüntülər “Tik-tok” şəbəkəsində paylaşılıb və görünən odur ki, deputatın razılığı və “xeyir-duası” ilə...

Azərbaycanda “sağ əlin verdiyini sol əl bilməməlidir” deyimi, əlbəttə ki, çoxdan gündəmdən və hörmətdən düşüb. Lakin sözügedən deputat bu videodakı hərəkətləri ilə bu deyimin olan-qalan hörmətini də yerlə bir edib...

Bu video M.Süleymanlının az qala şabranlılara qarşı “misilsiz” səxavətinin, əliaçıqlığının, təvazökarlığının, sadəliyinin və s. müsbət cəhətlərin təzahürü kimi təqdim olunub, altdan da yəqin ki, deputatın böyür-başına, qohum-əqrabasına və ştatlı-ştatsız məddahlara aid olan saysız-hesabsız minnətdarlıq şərhləri, “bəy tərifləri” yazılıb. Amma azacıq dünyagörüşü, anlayışı olan izləyici dərhal bu görüntülərdə ədabazlıq, yekəxanalıq, özündən razılıq və ən əsası, görməmişlikdən başqa heç nə görmür...

Bir maşın mişar daşı, lap 5-6 yüz manat da pul Mahir Süleymanlının atası, deputatdan çox iş adamı və Şabran və ətraf rayonların “un kralı” kimi tanınan Tahir Süleymanlı üçün, əlbəttə ki, qəpik-quruşdur. Lakin deputat hətta bunu da “operator” gətirib çəkdirməklə və sonradan yaydırmaqla, etdiyi cüzi yaxşılığı tam dəyərdən salmış oldu...

Seçilən
7
azpolitika.info

1Mənbələr