Bakı. Trend:
İran İslam Respublikası ABŞ ilə danışıqlara getməyəcək, çünkiVaşinqton yalnız öz maraqlarını güdür.
Trend xəbər verirki, bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xameneibildirib.
"Bəzi hökumətlər problemləri həll etmək üçün deyil, özmaraqlarını sırımaq üçün danışıqlar aparırlar. İran İslamRespublikası, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq", -Xamenei ABŞ Prezidenti Donald Trampın SNN telekanalının canlıyayımında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar təklif edənməktubuna cavab olaraq söyləyib.
Xamenei həmçinin qeyd edib ki, Qərbin ikili standartlardanistifadə etməsi "sivilizasiya üçün rüsvayçılıqdan" başqa bir şeydeyil.