AZ

Qızlar arasında badminton yarışı keçirilib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin qız qələbələri arasında badminton birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə "Unikal" Badminton Klubunun birgə təşkil etdiyi yarış Naxçıvan Dövlət Universitetinin (NDU) İdman Kompleksində reallaşıb.

Nəticələrə əsasən NDU tələbəsi Ferişzad Abdulrezazadeh birinciliyin qalibi adına sahib çıxıb. Universitetin digər təmsilçilərindən Elvira Ovçuyeva ikinci, Duyqu Hüseynova isə üçüncü olub. 

Mükafatlandırmada çıxış edən gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik və arzularını ifadə edib. Naxçıvanda qadınların idmana olan marağının yüksəlişindən, eyni zamanda qadın idmanının inkişafı istiqamətində görülən işlərdən bəhs edən nazir müavini qız idmançıların son illər əldə etdiyi tarixi nailiyyətlərin, artan uğurlarının sevindirici olduğunu diqqətə çatdırıb.

Sonda Məcid Seyidov birincilikdə hakimlik edən Aytən Nəsirovanı və ilk üç yerin sahiblərini təltif edib, hədiyyələrlə mükafatlandırıb.

XQ

Seçilən
0
xalqqazeti.az

1Mənbələr