AZ

Mehriban xanım Əliyevanın nəcib və xeyirxah fəaliyyəti bütün Azərbaycan qadınları üçün ən gözəl nümunədir



"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın nəcib və xeyirxah fəaliyyəti bütün Azərbaycan qadınları üçün ən gözəl nümunədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Hörmətli Mehriban xanım, Şəhid ananları və xanımları başda olmaqla bütün qadınları “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə ürəkdən təbrik edən millət vəkili qeyd edib ki, qadın ilk növbədə ana və ailədə xüsusi missiyası olan insandır:

"Qadınlarımız xalqımıza məxsus ailə ənənəsini, ailə nizamını qoruyub saxlamaq, onu daha uca tutmaq işində böyük gücə malik varlıqdır.

Qadınlar artıq həyatın bütün sahələrində çalışırlar. Onlar həkim, müəllim, hüquqşünas, müəssisə rəhbəri, millət vəkilidir".

İlham Məmmədov, "Üzumü güclü, dözümlü olduğu qədər də incə olan qadınlara - Azərbaycan xanımlarına tutub deyirəm ki, hər zaman çöhrənizdən təbəssüm, sevinc, həyatınızdan səadət əskik olmasın, üzünüz gülsün.

Bir daha bayramınız mübarək, əziz xanımlar!",-deyə vurğulayıb.

Süleyman
Seçilən
35
1
newscenter.az

2Mənbələr