AZ

Respublika turnirinin qalibləri müəyyənləşib

Stolüstu tennis üzrə respublika turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Sumqayıtda keçirilən yarışda yerli idmançılarla yanaşı Bakı, Şəki, Salyan, Şirvan və Şabrandan 80-ə yaxın stolüstü tennisçi iştirak edib.

2014-cü il və aşağı təvəllüdlü idmançıların qatıldığı turnirdə oğlanlar arasında Əliəkbər Mirzəliyev qalib gəlib. Cəfər Almədədli 2-ci, Həsrət Kamilov 3-cü yeri tutub. Qızların mübarizəsi Banu İmanverdizadənin qələbəsi ilə başa catıb. Nailə Nəzirova ilə Mehri Aslanzadə müvafiq olaraq mükafata layiq digər yerlərə layiq görülüb.

Fərqlənən idmançilara Azərbaycan Stolüstu Tennis Federasiyasının hədiyyələri təqdim olunub

İdman.biz

Seçilən
6
6
idman.biz

7Mənbələr