AZ

Gürcüstanda da zəlzələ oldu

Gürcüstanda zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. 

Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Tbilisidən 63 kilometr aralıda, Tianeti şəhərindən şimal-şərqdə, Axad kəndi yaxınlığında yerləşib.

Zəlzələ 4 bal gücündə olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanda baş verən zəlzələ Gürcüstanda da hiss edilmişdi. Bu, Gürcüstanda ikinci zəlzələdir. 

Ağarza Elçinoğlu

Seçilən
5
1
unikal.az

2Mənbələr