AZ

“Bu gün səhər güllərlə qarşılanmaq məni çox kövrəltdi”

“Dostlar, 8 Mart - Beynəlxalq Qadınlar Günü sizlərə Ankaradan çox gözəl xəbərlərim var. Bir onkoloji xəstəyə həkimlərin “nəticələr gözəl, siz yaşayacaqsınız” deməsindən möhtəşəm heç nə ola bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Səbinə Əvəzqızı sosial media hesabında yazıb.

Ona göstərilən diqqətə görə Prezident İlham Əliyev və birinci vitse-prezidenti Mehriban Əliyeva təşəkkürünü bildirib:

“Azərbaycanımın Müzəffər Prezidenti Cənab İlham Əliyev və birinci vitse-prezidenti Xanım Mehriban Əliyeva, sizlərə minnətdarlığım sonsuz. Özümün xəstəliklə mübarizədə bir an məni yalnız qoymayan media ictimaiyyətinin və ailəmin adından sizlərə təşəkkür edirəm. Bu ağır mübarizədə mənə dəstək oldunuz, Heydər Əliyev Fondunun əməkdaşları vasitəsilə diqqətinizi daima hiss etdim.

İndi daha çox ümid edirəm ki, Ali Baş Komandanın misilsiz uğuru ilə işğaldan azad olunmuş Kəlbəcərimizdə də uzun illər yaşamaq nəsibim olacaq.

Bu gün səhər Heydər Əliyev Fondunun nəzakətli gənc əməkdaşı tərəfindən bu gözəl gül buketi ilə qarşılanmaq isə, məni çox kövrəltdi. Var olsun ölkəmin qayğıkeş rəhbərliyi və işini peşəkarı olmaqla yanaşı nəzakət nümayiş etdirməyi bacaran Heydər Əliyev Fondunun əməkdaşları”.



Seçilən
8
qafqazinfo.az

1Mənbələr