AZ

"Liverpul" Anjelo Ştilleri transfer siyahısına daxil edib

Bakı. Trend:

"Ştutqart"ın yarımmüdafiəçisi Anjelo Ştiller karyerasınıİngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər verirki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, Premyer Liqa klubu 23 yaşlı yarımmüdafiəçininperformansını yaxından izləyir. Ştillerin sərbəstqalma məbləği 36,5milyon avro təşkil edir və "Liverpul"un yayda futbolçu üçün rəsmitəklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Anjelo Ştiller "Bavariya" akademiyasınınyetirməsidir və 2023-cü ilin yayından "Ştutqart"da çıxış edir. O,bu mövsüm Bundesliqada 37 rəsmi matçda meydana çıxaraq 3 qol və 6məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
az.trend.az

1Mənbələr