"Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalov Premyer Liqanın 25-ci turunda "Kəpəz"ə məğlub olduqları (0:1) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.
- "Neftçi" bu gün niyə məğlub oldu?
- Əslində görüşə yaxşı hazırlaşmışdıq. Çətin olacağını bilirdik. Oyuna pis başlamadıq. Yaxşı fürsətlər əldə etdik. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik. Məğlubiyyətə üzülürük. Bu görüşdən yaxşı nəticə çıxarıb, qarşıdakı "Turan"la oyuna hazırlaşacağıq.
- Qış fasiləsindən sonra "Neftçi"də irəliləyiş olduğu aydın görünür. Amma sabit çıxış etməyi hələ də bacara bilmirsiniz. Buna nə mane olur?
- Biz də sabit çıxış etməklə qələbələri sıralamağı çox istəyirik. Tovuza da qələbə üçün gəlmişdik. Təəssüf ki, olmadı. İnanıram ki, qarşıdakı görüşlərdə bunu bacara biləcəyik.
- Növbəti rəqibiniz olan "Turan Tovuz"la matçdan gözləntilərin nədir?
- Meydana qələbə üçün çıxacağıq. 3 xala görə əlimizdən gələnin maksimumunu meydanada qoyacağıq.
- Bugünkü məğlubiyyətlə çempionat yolu ilə avrokuboklara getmək şanslarının "Neftçi" üçün bitdiyini demək olar?
- Xeyr, hələ heç nə bitməyib. Qarşıda oyunlarımız var. İnşallah, qələbələri sıralamaq istəyirik.
XANOĞLAN İMANOV