AZ

Almaniyaya sığınanlara BƏD XƏBƏR

Xristian Demokrat Partiyası və Xristian Demokrat İttifaqı bloku CDU/CSU və Almaniya Sosial Demokrat Partiyası (SPD) Almaniyanın miqrasiya siyasətini sərtləşdirməyə razılaşıblar.

Publika.az xəbər verir ki, bunu CDU-nun rəhbəri Fridrix Merz bu barədə "Phoenix" "YouTube" kanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Siyasətçinin sözlərinə görə, tərəfdaşlar qeyri-qanuni miqrasiya ilə mübarizə üçün hüquqi sənədlərin sayını genişləndirməyi, həmçinin sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. CDU/CSU həmçinin Əfqanıstan da daxil olmaqla qaçqınların könüllü qəbulu proqramlarını məhdudlaşdırmaq və polisin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir. Eyni zamanda bəzi miqrantlara ailələrini Almaniyaya gətirmək qadağan ediləcək.

Merzin bəyanatı hakim koalisiyanın yaradılması ilə bağlı danışıqlardan əvvəl aparılan ilkin məsləhətləşmələrdən sonra verilib. Onun fikrincə, danışıqlar yaxşı keçib.

Məsləhətləşmələrdə Xristian Sosial Birliyinin rəhbəri Markus Söder və SPD liderləri Zaskia Esken və Lars Klinqbeyl iştirak ediblər.

Seçilən
10
publika.az

1Mənbələr