
“İsrailin Baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi ölkənin siyasi rəhbərliyi orduya Qəzza zolağında hərbi əməliyyatların bərpasına dərhal hazırlaşmağı əmr edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, HƏMAS hərəkatı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun sülh planını həyata keçirməkdə maraqlı deyil və danışıqlar dalana dirənib.