AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb.
Naməlum şəxsin həmin mağazada çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat verilib.
Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta