AZ

Ronaldo türk pərəstişkarını “çirkin” adlandırdı – Video


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Adanalı Ronaldo” kimi tanınan türkiyəli Gökmen Akdoğanla mübahisələrə səbəb olan hadisə yaşayıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun “Əl-Şəbab”la oyunu öncəsi baş verib.
Belə ki, portuqaliyalı özünü ona oxşadan Akdoğana yaxınlaşıb. 
“Qardaş, sən mənə oxşamırsan, sən çox çirkinsən”, - Ronaldo deyib.
Buna cavab olaraq “Adanalı Ronaldo” onu başa düşməyib və onu “ən yaxşı” adlandırıb. Kriştiano cavab olaraq baş barmağı işarəsi göstərib.
Sosial şəbəkədə video birmənalı qarşılanmayıb və mübahisələrə səbəb olub. 
Seçilən
9
yeniavaz.com

1Mənbələr