Ağcabədidə VAZ markalı minik maşını idarəetməni itirərək daş hasara çırpılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Hindarx qəsəbəsində qeydə alınan hadisə minik maşının sürücüsü, 1993-cü il təvəllüdlü Tağıyev Səddam müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
Mənbə: bizim.media