“Fənərbağça” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avropa Liqasında “Reyncers”lə oyunda (1:3) zədə alan Çağlar 10-14 gün yaşıl meydanlardan uzaq qalacaq. O, Şotlandiya klubuna qarşı keçiriləcək cavab oyununu buraxacaq.
Çağlar bu mövsüm 33 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.